Türkiyə 11 şəhidin qisasını aldı

TSK əməliyyatın 23-cü günündə məhv edilən terrorçuların sayının 1266-ya çatdığını bildirib
Sputnik

BAKI, 11 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Afrin əməliyyatı ilə bağlı açıqlama yayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, TSK əməliyyatın 23-cü günündə məhv edilən terrorçuların sayının 1266-ya çatdığını bildirib.

PKK/KCK/YPG-PYD və İŞİD terror təşkilatlarına aid 19 sığınacaq, silah anbarı məhv edilib.

Xatırladaq ki, dünən Afrin əməliyyatında Türkiyənin 11 əsgəri şəhid olub. Bu, əməliyyat başlayandan Türkiyə ordusunun verdiyi ən böyük itkidir.