CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət müəyyənləşib

Bu il ötənilki kimi iki variantda deyil, bir variantda həcc ziyarəti üçün qiymət müəyyənləşib
Sputnik

BAKI, 11 fevral — Sputnik. Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin  qiyməti 4150 dollardır.

QMİ-dən xəbəri təsdiqləyiblər.