Çernobıl AES-ə girməyə çalışan azərbaycanlı tutulub

Onun barəsində radiasiya təhlükəsizliyi rejiminin tələblərini pozmaq ittihamı ilə prosessual sənədlər tərtib edilib
Sputnik

BAKI, 11 fevral — Sputnik. Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları polis əməkdaşları ilə bir yerdə Azərbaycandan olan turisti saxlayıblar. Sputnik Azərbaycan Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı ekstremal turist Çernobl AES-in qadağan edilmiş ərazisinə girməyə çalışıb.

Saxlanılan şəxs

Azərbaycan vətəndaşı Kiyevdə saxlanılıb. Onun barəsində radiasiya təhlükəsizliyi rejiminin tələblərini pozmaq ittihamı ilə prosessual sənədlər tərtib edilib.

Hazırda araşdırma aparılır. İnsidentin təfərrüatları açıqlanmır.