BAKI, 11 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terrorçularına qarşı başladığı "Zeytun budağı" əməliyyatını davam etdirir. Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, 380 terrorçu 2 kənddə mühasirəyə alınıb və onların bütün gediş-gəliş yolları bağlanılıb.
Türkiyə xüsusi təyinatlı qüvvələri dünən 12 əsgərin şəhid olduğu Ömər Uşağı və Mahal Uşağı bölgəsində əməliyyata başlayıb. Terrorçular da məhz həmin ərazidə mühasirəyə alınıblar.
Bu gün Hacı İskəndər kəndi də terrorçulardan alınıb. Afrinin Cinderes, Bafelyun təpəsi, Şeyx Huruz dağı, Kefer Cenne, Şeran və Racu bölgələri də havadan və yerdən atəşə tutulur.