Bir günə 7 şəhid...

Bununla da, son sutka ərzində 7 türk əsgəri şəhid olub
Sputnik

BAKI, 10 fevral — Sputnik. Türkiyəyə bir-birinin ardınca şəhid xəbərləri gəlməkdədir. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, bu gün Afrində gedən əməliyyat zamanı 7 əsgər şəhid olub.

Türkiyə Silahlı Qüvvələrindən verilən son dəqiqə məlumatına görə, "Zeytun budağı" əməliyyatında 2 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Bundan az öncə TSK 3 əsgərin şəhid olduğu, 5 əsgərin isə yaralandığı xəbərini vermişdi.

Gündüz saatlarında isə Türkiyəyə aid vertolyotun vurulması nəticəsində 2 pilotun öldüyü barədə xəbər gəlmişdi.

Bununla da, son sutka ərzində 7 türk əsgəri şəhid olub.