Suriyanın iki şəhəri İŞİD-dən tamamilə təmizləndi

Suriya ordusu Həma və Hələb əyalətlərini tam olaraq İŞİD terrorçularından təmizləyib
Sputnik

BAKI, 10 fevral — Sputnik. Suriya ordusu Həma və Hələb əyalətlərini tam olaraq İŞİD terrorçularından təmizləyib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Suriyanın ordu komandanlığı öz bəyanatında bildirib.

Suriya Dövlət Xəbər Agentliyinin yaydığı açıqlamada deyilir ki, Suriya ordusu müttəfiq qüvvələrlə birlikdə Həma, Hələb və İdlib əyalətlərində yerləşən çox sayda yaşayış məntəqələrini azad edib.

Komandanlıq baş verənlərin strateji uğur olduğunu vurğulayıb. Qeyd edib ki, bu, Hələb və Həma əyalətlərinin tam olaraq İŞİD-dən təmizlənməsi və Hələb əyalətinin cənubunda "ən-Nüsra cəbhəsi" terrorçularının əksəriyyətinin məhv edilməsi deməkdir".