BAKI, 10 fevral — Sputnik. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 (beş) faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Nazirlər Kabinetinin qərarına görə, sözügedən illik haqq hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməlidir.