Qətliam kimi qəza: 27 nəfər öldü

Agentlik qeyd edir ki, qəza Yava adasındakı magistral yolda qeydə alınıb
Sputnik

BAKI, 10 fevral — Sputnik. İndoneziyada sərnişin avtobusu ağır qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın "France Presse"yə istinadən məlumatına görə, yol qəzası nəticəsində ən azı 27 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.

Agentlik qeyd edir ki, qəza Yava adasındakı magistral yolda qeydə alınıb. Motosikletlə toqquşan avtobus bir neçə dəfə çevrilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisə zamanı avtobusda 40 sərnişin olub. Qəzanın necə baş verdiyi araşdırılır.