CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaların neçə faiz artdığı açıqlanıb

Əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılır
Sputnik

BAKI, 10 fevral — Sputnik. "Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, Prezidentin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılacaq: “Sığorta-pensiya sistemi elektron infrastruktur üzərində fəaliyyət göstərir və hər iki proses, yəni əmək pensiyalarının və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılır ".