İQTİSADİYYAT

Azərbaycanda Mərkəzi Bankın səlahiyyətləri azaldıldı

Xarici valyuta və qiymətli kağızların alqı-satqısı Mərkəzi Bankın müəyyən etdiyi qaydada tənzimlənməyəcək
Sputnik

BAKI, 10 fevral — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndindən “Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və” sözləri çıxarılıb.

İndi xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı müvafiq qanunlarla tənzimlənəcək.