Vəziyyət gərginləşdi: ABŞ qoşunlarına həyəcan siqnalı verdi, İran hədələdi

Səlami İranın bölgədə olan bütün ABŞ bazalarını vura biləcək qüvvədə olduğunu qeyd edib
Sputnik

BAKI, 10 fevral — Sputnik. Suriyada vəziyyət son dərəcə kəskinləşib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Qətərdəki Al Hudedi Hava Bazasındakı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bu addım Suriya qoşunlarının İsrailin F-16 hərbi təyyarəsini vurmasından sonra atılıb. Qeyd edilir ki, ABŞ-ın bazadakı qüvvələrinə Körfəz müharibəsindən bu yana ilk dəfə belə bir yüksək səviyyəli həyəcan siqnalı verilib.

İsrailə aid F-16 döyüş təyyarəsinin vurulmasına İrandan da gözlənilən açıqlama gəlib.

İnqilab mühafizəçiləri adından açıqlama verən Hüseyn Səlami İsrailin yalançı olduğunu və onların verdiyi heç bir açıqlamaya inanmadıqlarını bildirib. Səlami həmçinin İranın bölgədə olan bütün ABŞ bazalarını vura biləcək qüvvədə olduğunu da qeyd edib.