TƏHLİL

Nağıyev: “Gəncləri dini radikalizmə cəlb edən səbəblər məlumdur”

Politoloq Arzu Nağıyev deyir ki, multikultural şəraitdən istifadə edib radikallıqla məşğul olmaq heç bir çərçivəyə sığmır
Sputnik

Arzu Nağıyev: “Din dövlətin içində olmalıdır”
Son aylarda Yaxın Şərqdə terrorçular və ekstremist təşkilatlara qarşı aparılan uğurlu hərbi əməliyyatların fonunda terror qruplaşmalarına qatılan döyüşçülərin öz ölkələrinə qayıtması prosesi izlənilir.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, bütün mərhələlərdə radikalizmlə mübarizə aparmaq lazımdır: 

“Gəncləri radikalizmə cəlb edən məlum səbəblər var. Azərbaycanda yaradılmış multikultural şəraitdən istifadə edib radikallıqla məşğul olmaq heç bir çərçivəyə sığmır. Ümumiyyətlə isə mən düşünürəm ki, dövlət dinin içinə girməməlidir, din dövlətin içində olmalıdır”.