CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəyanətin acı sonu - Həyat yoldaşını öldürüb intihar etdi

Qılıcər cütlüyünün cəsədləri morqa aparılıb
Sputnik

BAKI, 9 fevral — Sputnik. Türkiyədə dəhşətli hadisə baş verib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Konyada kişi ona xəyanət etdiyini iddia etdiyi həyat yoldaşını öldürərək intihar edib.

Məlumata görə, 30 yaşlı Halit Qılıcər 3 övladının anası Asiya Qılıcərin telefonuna gələn mesajlardan onun əmisi oğlu Adəm Qılıcərlə görüşdüyünü öyrənib. Əmisi oğlu ilə həyat yoldaşını üzləşdirmək üçün dostu Bayraq Oğukun avtomobili ilə əmisi oğlunun yanına gedib. Əmisi oğlu ilə mübahisə edən Halit tapançadan Adəmin başına iki dəfə atəş açaraq öldürüb. Daha sonra ər-arvad avtomobildə mübahisə etməyə başlayıb. Halit əvvəlcə həyat yoldaşının başından atəş açaraq onu öldürüb, daha sonra isə intihar edib. Həmin vaxt avtomobildə olan dostu Bayraq Oğul hadisə barədə polisə məlumat verib.

Polisin axtarışları zamanı Asiyə Qılıcərin üzərindən etiraf məktubu tapılıb. Məktubda ərinə xəyanət etdiyini etiraf edib.

"Mən namussuzun biriyəm. Halitimi, çiçəyimi, bir dənəmi aldatdım. Nəfsimə məğlub oldum. Hər şeyi məhv etdim. Halitim, sənə sevgimi təmiz saxlaya bilmədim. Kimsənin günahı yoxdur, tək günahkar mənəm. Öz çirkinliyimi özüm təmizləyəcəyəm. Uşaqlarıma yaxşı baxın. Halitim, and içirəm ki, onu sevmədim. Tək səni sevdim. Tək səni qısqanardım. Bağışla məni" — deyə Asiyə Qılıcər məktubunda yazır.

Qılıcər cütlüyünün cəsədləri morqa aparılıb.