RUSİYA

Halı pisləşəndə həkimin qəbuluna getdi, növbədə öldü

Poliklinikalardan birində həkimin qəbuluna yazılan pasiyentin halı qəflətən pisləşib
Sputnik

BAKI, 9 fevral — Sputnik. Rusiyanın Nijnevartovsk şəhərində pasiyent həkim növbəsində vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, fakt üzrə araşdırmaya başlanılıb.

Yerli səhiyyə departamentinin direktoru Aleksey Dobrovolskinin deiyinə görə, poliklinikalardan birində həkimin qəbuluna yazılan pasiyentin halı qəflətən pisləşib. Ona təcili yardım göstərilsə də, xəstənin həyatını xilas etmək mümkün olmayıb.