HADİSƏ

DİN: Həsən Qasımovun üzərindən və evindən narkotik tapılıb

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib
Sputnik

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Əvvəllər də məhkum olunmuş Xaçmaz rayon sakininin evindən və üzərindən narkotik vasitələr aşkar olunub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı onun rayonun Ağçay kənd sakini, əvvəllər məhkum olunmuş Həsən Qasımov olduğu müəyyənləşdirilib. Baxış zamanı onun üzərindən 1 böyük büküm, narkotik vasitə olan marixuana aşkar olunub.

Ətrafında aparılan tədbirlərlə H.Qasımovda əlavə narkotik maddə olduğu müəyyən edilib. Onun yaşadığı evə baxış zamanı sellofan torbada, çəkisi 460 qram olan qurudulmuş marixuana da aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.