VİDEO

"Sən supersən!"in iki mövsümünün iştirakçıları Sputnik Azərbaycan-da görüşüblər

Pərvanə Alcanova “Tı Super!” müsabiqəsinin ikinci mövsümünün iştirakçılarını Moskvaya uçmazdan əvvəl dəstəklədi
Sputnik

"Sən supersən!" beynəlxalq layihəsinin Azərbaycan təmsilçiləri — Səməd Novruzov və Namiq Cəbrayılov Moskvaya müsabiqəyə getməmişdən əvvəl şounun birinci mövsümünün iştirakçısı Pərvanə Alcanova ilə görüşüblər. Görüş zamanı iştirakçılar sevimli kompozisiyalarını birlikdə ifa etmək imkanını da əldən verməyiblər.

Sputnik Azərbaycan-ın Mətbuat Mərkəzindən Səməd Novruzovu onun sinif yoldaşları yola salıblar, ona uğurlar və qələbə arzulayıblar.

"Sən supersən!" beynəlxalq müsabiqəsinin yeni mövsümünün nümayişinə fevralın 10-da NTV telekanalında start veriləcək.