Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Bu gün səhər saatlarında Qax rayonunun mərkəzində və yaxın ərazilərdə yerləşən kəndlərində yeraltı təkan qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zəlzələ təxminən 3 bal gücündə olub.
Yeraltı təkanlar qonşu Şəki rayonunun bəzi yerlərində də hiss olunub. Xoşbəxtlikdən heç bir rayonda ciddi fəsadlar meydana çıxmayıb.