HADİSƏ

Evə çox gec gəldi, cəzası ağır oldu

Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb
Sputnik

BAKI, 9 fevral — Sputnik. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Piriyeva Səbinə Valeh qızı kirayə yaşadığı evdə əri ilə mübahisə edib.

Əri ona evə gec gəldiyi üçün iradını bildirib. Mübahisə zəminində S.Piriyeva bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.