HADİSƏ

Bakıda kişi evə gec gələn arvadının qarnını yardı

Paytaxtda qısqanclıq zəminində növbəti məişət zorakılığı qeydə alınıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Paytaxtın Nərimanov rayonunda növbəti məişət zorakılığı qeydə alınıb, onun qurbanı isə yenə qadın olub. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Bakıda qısqanc ər arvadını qanına qəltan etdi

Ötən gün saat 19:30-da İsmayıllı rayon sakini, 1989-cu il təvəllüdlü Piriyev Səxavət Sədaqət oğlu Bakıda kirayə qaldığı mənzildə həyat yoldaşına — Hacıqabul rayon sakini, 1995-ci il təvəllüdlü Səfərova Səbinə Valeh qızına qısqanclıq zəminində bıçaq zərbəsi endirib.

Kişi bıçaqla qadının qarnını deşib. Nəticədə Səfərova ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilb. Piriyev isə Nərimanov PRİ-nin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin sorğulama zamanı kişi bildirib ki, arvadının evə gec gəlməsi onu özündən çıxarıb. Bədənə ağır xəsarət yetirmə ilə bağlı cinayət işi açılıb.

Polisdən bildiriblər ki, son zamanlar paytaxtda məişət zorakılığı hallarının sayı artıb. Hüquq-mühafizə orqanları bunun səbəbini ailə dəyərlərinin mənəvi cəhətdən aşınması ilə izah edir.