Fikrət Sadıxov: “Biz istərdik ki, həmsədrlərin fəaliyyətinin nəticəsi olsun”
Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu, Krakov görüşündən sonra həmsədrlərin ilk səfəridir:
“Biz istərdik ki, onların fəaliyyətinin nəticəsi olsun. Əgər onlar bura eyni təkliflərlə gəliblərsə, münaqişənin həll prosesinə heç bir təsiri olmayacaq. Ancaq konstruktiv təkliflər olarsa, Azərbaycan bunu qəbul edəcək”.