RUSİYA

ABŞ-Rusiya əlaqələrində yeni mərhələ başlayır - Departamentdən bəyanat

Nauert iki ölkə arasındakı hazırkı münasibətləri mürəkkəb və qarışıq adlandırıb
Sputnik

BAKI, 9 fevral — Sputnik. ABŞ Rusiya ilə münasibətləri bərpa etmək istəyir. Bu barədə ABŞ Dövlət Dpertamentinin rəsmi nümayəndəsi Hezer Nauert bəyan edib.

Onun sözlərinə görə, bu, qarşılıqlı narahatlıq doğuran sahələrdəki problemlərin həlli üçün vacibdir. Misal olaraq Nauert Koreya yarımadasındakı vəziyyəti göstərib.

Nauert iki ölkə arasındakı hazırkı münasibətləri mürəkkəb və qarışıq adlandırıb. Həmçinin o, ABŞ dövlət katibi Reks Tillersonun Moskva və Vaşinqton arasındakı münasibətlərin ən aşağı nöqtədə olması barədə bəyanatını xatırladıb.