BAKI, 8 fevral — Sputnik. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 999 terrorçu məhv edilib.
Sputnik Azərbaycan "TRT"yə istinadla xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Türk əsgərləri əməliyyatın 19-cu günündə daha bir uğura imza ataraq, Şeyx Huruz kəndini və ətrafındakı yaşayış məntəqələrini də terrorçulardan təmizləyiblər. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu isə Afrinin şimalındakı Bülbül bölgəsində yerləşən strateji əhəmiyyətli Havuz təpəsini ələ keçiriblər.
Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.