BAKI, 8 fevral — Sputnik. Rusiya paytaxtında lüks evlər inşa edən şirkətdə işləyən kişi polis tərəfindən tutulub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, milliyətcə türk olan saxlanılan şəxs yanvar ayının əvvəlində 30 yaşlı qadına hücum edib.
Qurbanının başına vuran türk kişi qadının alt paltarlarını və corabını çıxararaq qaçıb. Qadın özünə gələndən sonra polisə xəbər edib. Bir neçə gün sonra həmin yerdə eyni hadisə başqa qadının başına gəlib. Polis şübhəli bilinən Türkiyə vətəndaşını saxlayıb. Saxlanılan şəxs Moskvada qeyri-qanuni nikahda olduğu qadın və uşağı ilə yaşayır.
Onunla bağlı "Cinsi təcavüz və zorakılıq" maddəsi ilə iş açılıb.