BAKI, 8 fevral — Sputnik. "Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb".
Bunu Sputnik Azərbaycan-a, Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın, guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyindən bildiriblər.
"Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir" — nazirlikdən qeyd olunub.