TƏHLİL

Cəfərli: “Makro-iqtisadi sabitliyin təmin edilməsində əsas amil neft qiymətləridir”

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, neftin qiymətindəki artımlar manatın sabitliyinin qorunmasına müsbət təsir göstərib
Sputnik

Natiq Cəfərli: “Dollar-manat münasibətlərində neft mühüm əhəmiyyətə malikdir”
“2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb”. Bu barədə Sputnik Azərbaycan “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir. İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, neft amili Azərbaycan iqtisadiyyatında böyük rol oynayır: 

“Dollar-manat münasibətlərində neft mühüm əhəmiyyətə malikdir. Son bir ildə Azərbaycan neftinin dəyəri təqribən 35 faiz artıb. Bu artım ölkənin valyuta ehtiyyatlarının və manatın sabitliyinin qorunmasına müsbət təsir göstərib. Makro-iqtisadi sabitliyin təmin edilməsində əsas amil neft qiymətləridir”.