RUSİYA

Liderlər mühüm məsələdə razılığa gəldilər

Soçidən sonra prezidentlərin İstanbulda bir araya gəlməsi planlaşdırılıb
Sputnik

BAKI, 8 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonda danışıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, telefon danışığı zamanı Afrin əməliyyatı və İdlibdə yaşananlar müzakirə olunub.

Telefon danışığı zamanı Rusiya, Türkiyə və İran prezidentlərinin növbəti görüşünün keçirilməsinə dair razılığa gəlinilib. Soçidən sonra liderlərin İstanbulda bir araya gəlməsi planlaşdırılıb.