Külək Trampın sirrini də, keçəlini də açdı

Hadisə Trampın Floridaya yola düşməsi zamanı baş verib
Sputnik

BAKI, 8 fevral — Sputnik. Sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın keçəlinin göründüyü video populyarlıq qazanır. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Trampın Floridaya yola düşməsi zamanı baş verib.

Tramp küləkli havada təyyarəyə doğru irəliləyir. Bu zaman onun saçları dalğalanır, yandan və arxadan keçəli görünür.

Videofraqment jurnalist Eşli Faynberq tərəfindən dərc olunub və qısa müddətdə məşhurlaşıb.