HADİSƏ

Yol kənarında yeni doğulmuş körpə tapılıb

Faktla bağlı araşdırmalara başlanılıb
Sputnik

BAKI, 8 fevral — Sputnik. Bərdədə yol kənarında yeni doğulmuş körpə tapılıb. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.