HADİSƏ

Azərbaycanda baş redaktor həbs olundu

Samirə Nəsirova 7 il müddətinə azadlıqdan məhrum edilib
Sputnik

BAKI, 8 fevral — Sputnik. Dələduzluqda təqsirləndirilən "Ata yolu" qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə başa çatıb. Sputnik Azərbaycan lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Samirə Nəsirova 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Nəsirova bir neçə nəfərə qarşı onları Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı ilə dələduzluq edib. Onun işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S.Nəsirovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Samirə Nəsirova həbs edilməzdən bir neçə ay əvvəl evindən 48 min dollar pul və qızıllarının oğurlandığını bildirmişdi.