HADİSƏ

Paytaxtda sürücü yük maşını ilə ofisə daxil oldu

Bakıda “Shacman” markalı yük maşını ofisə girib
Sputnik

BAKI, 8 fevral — Sputnik. Bakıda yük avtomobili ofisə girib. APA-nın xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shacman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.  

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.