"BakuBus"da ağlasığmaz oğurluq

adisə, 06.02.2018-ci il tarixində saat 20:08 radələrində avtobus 8 saylı marşrut xətti üzrə 28 May metro stansiyasından Azadlıq metro stansiyası istiqamətinə hərəkət edərkən, Bakı Dövlət Sirki dayanacağı yaxınlığında baş verib.
Sputnik

BAKI, 8 fevral — Sputnik. "BakuBus"a məxsus 99JX-116 dövlət qeydiyyat nişanlı avtobusda qəribə oğurluq hadisəsi olub. Hadisə, 06.02.2018-ci il tarixində saat 20:08 radələrində avtobus 8 saylı marşrut xətti üzrə 28 May metro stansiyasından Azadlıq metro stansiyası istiqamətinə hərəkət edərkən, Bakı Dövlət Sirki dayanacağı yaxınlığında baş verib.

"Baku Bus" MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gedişhaqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olub. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayıb, sonra onu qoparmaq üçün yaxın oturacaqda əyləşib. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün özləri ilə götürdükləri kəsici alətlə simi kəsiblər. Çəkici götürəndən sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşıblar. 

"Baku Bus" MMC həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün bütün hüquqi prosedurları həyata keçirməkdədir.