Bu görüntü insanları dəhşətə gətirdi: Ağacın oyuğunda mumiya tapıldı

Təbiət qanunlarına baxmayaraq, itin cəsədinin çürüməməsi olduqca maraqlıdır
Sputnik

BAKI, 8 fevral — Sputnik. ABŞ-da "Stuckie" adı verilən it yırtıcı heyvan tutmağa çalışarkən ağac oyuğuna düşüb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, düşdüyü yerdən çıxa bilməyən itin bədəni mumiyaya dönüb və olduqca qorxunc görüntüyə çevrilib.

İti 20 il sonra bir şirkətin işçiləri tapıblar. Ağacı kəsən fəhlələr gözlənilmədən oyuqda it mumiyası aşkarlayıblar. Köpəyi oyuqdan olduğu kimi çıxaran alimlər onu muzeydə nümayiş etdirilər. Onlar təbiət qanunlarına baxmayaraq, itin cəsədinin çürüməməsinin olduqca maraqlı olduğunu bildirirlər.