ELM

Təhsil Nazirliyi gözlənilən yeniliklər barədə açıqlama yaydı

Bu il 12 rayonda 13 təhsil müəssisəsi açılacaq
Sputnik

BAKI, 7 fevral — Sputnik. Təhsil Nazirliyi (TN) bu il ərzində məktəblərin açılışı və təmir olunması ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2018-ci ildə 2 peşə təhsili müəssisəsinin, 12 məktəb, lisey və gimnaziyanın əsaslı təmiri, 14 məktəb və liseyin tikintisi nəzərdə tutulur.

TN-dən verilən məlumata görə, cari ildə "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının tikintisi, 40 rayon üzrə 101 təhsil müəssisəsində qazlaşdırma işlərinin aparılması və 41 rayonda 137 modul tipli məktəbin inşa olunması, 12 rayon əhatə olunmaqla 13 təhsil müəssisəsinin açılışı da plana daxildir.