HADİSƏ

Magistral yolda 44 avtomobil toqquşdu, 2 nəfər öldü

BƏƏ-də sürətli magistral yolda 44 avtomobil toqquşub
Sputnik

BAKI, 7 fevral — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində  Dubay-Əbu Dabi sürətli magistral yolunda qatı duman səbəbindən 44 avtomobil toqquşub.  

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəzanın səbəbkarı yüksək sürətlə hərəkətdə olan iki avtomobilin sürücüsü olub.

Polis sürücülərə pis görmə şəraitində nəqliyyat vasitələrini yolun kənarında saxlayaraq gözləməyi tövsiyə edib.