CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dopinq problemi gündəmə gəldi

"2018- Anti-dopinq ili" layihəsi nəzərdən keçirildi
Sputnik

BAKI, 7 fevral — Sputnik. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Avropa Şurasının Anti-dopinq konvesiyası və Azərbaycan Milli Anti-dopinq Agentliyi (AMADA) heyəti arasında görüş keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Avropa Şurasının Anti-dopinq konvesiyası mütəxəssislərindən Dünya Anti-dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili, Milli Olimpiya Komitəsindən vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edib.

Avropa Şurasının Anti-dopinq konvesiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti ilə görüş keçirilib

Görüşün məqsədi hal-hazırda Azərbaycandakı mövcud anti-dopinq qanunvericiliyi, siyasət və quruluş vəziyyətini təhlil etmək, lazımi yönlərdə inkişafına kömək göstərməkdən ibarətdir.

Tədbirdə MOK və AMADA əlaqələri müzakirə olunub. Əlavə olaraq, Milli Olimpiya Komitəsinin "2018- Anti-dopinq ili" layihəsi nəzərdən keçirilib. Burada idmançılar və məqçilərə seminarların keçirilməsi, media nümayəndələri ilə açıq görüşlər, müxtəlif idman federasiyaları ilə təlimlərin keçirilməsi müzakirə olunub.