BAKI, 7 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə yeni təyinat edib.
Sputnik Azərbaycan xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.