BAKI, 7 fevral — Sputnik. Razi Nurullayev Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Razi Nurullayev hazırda AXCP-dən qopan qrupa rəhbərlik edir. Onun namizədliyi barədə qərar da başçılıq etdiyi AXCP-nin bu gün keçirilən iclasında verilib.
İclasda R.Nurullayevin namizədliyi ilə bağlı qərar partiya tərəfindən irəli sürülüb, yekdilliklə qəbul edilib və seçkilərdə iştirakına qərar verilib.
Xatırladaq ki, növbədənkənar seçkilər aprelin 11-nə təyin olunub.