İsrail qonşusuna hücum edib paytaxtını bombaladı

Suriya hava hücumundan müdafiə sistemləri İsrailin hücumuna cavab verib
Sputnik

BAKI, 7 fevral — Sputnik. İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı bir sıra obyektlərə hava zərbəsi endirib. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadla xəbər verir ki, hücum nəticəsində ərazidə 3 güclü partlayış baş verib.

Suriya hava hücumundan müdafiə sistemləri İsrailin hücumuna cavab verib. Suriya hökumətindəki mənbə bildirib ki, cavab zərbələri nəticəsində İsraildən atılan çoxlu sayda raket mərmisi hədəfə çatmadan zərərsizləşdirilib.

Suriya dövlət televiziyası bu gün erkən saatlarda partlayışın Dəməşq yaxınlığında baş verdiyini xəbər verib və hadisəni İsrailin təcavüzü kimi qiymətləndirib.