HADİSƏ

Gəncədə xilasetmə əməliyyatı keçirilib, 5 nəfər ölümdən dönüb

Beş nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Sputnik

BAKI, 7 fevral — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.