Adil Qeybulla: “Heyvanlarla təmas zamanı gigiyenik qaydalara riayət etmək lazımdır”
Dünyada əksər insanlar heyvanları sevir və evlərində müxtəlif ev heyvanları, hətta bəzi vəhşi heyvanları belə saxlayırlar.
Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, evlərdə saxlanılan heyvanlardan insanlara heyvan mənşəli infeksiyalar keçə bilər:
“Ona görə də, heyvanlarla təmas zamanı gigiyenik qaydalara riayət etmək lazımdır. İnfeksiyalara yoluxmamaq üçün bəzən ət və süd məhsulları da yoxlandıqdan sonra yeyilməlidir. Evdə saxlanılan ev heyvanları da mütləq mütəmadi olaraq baytar nəzarətində olmalıdır. Amma mən bir həkim kimi evdə heyvan saxlamağı məsləhət görmürəm”.