Avropa Məhkəməsindəki hakimimizin statusu dəyişir

Azərbaycanın İnsan hüquqları üzrə Avropa Məhkəməsindəki hakiminin statusunun dəyişməsi nəzərdə tutulur
Sputnik

BAKI, 7 fevral — Sputnik. "Konstitusiya məhkəməsi haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni — 9-cu bənd əlavə edilir.

Milli Məclis Ramiz Rzayevin məsələsinə baxacaq

Təklif olunan bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur.

Bu qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

Dəyişiklik layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.