HADİSƏ

Zaqatalada tükürpədici olay

Məktəbli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Zaqatala rayonunun Əliabad kəndində tükürpədici hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kəndin 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən qayıdarkən traktor vurub. Traktoru həmin kəndin 1964-cü il təvəllüdlü sakini İdris Ağaməmmədov idarə edirmiş.

Məktəbli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanır.