Türk ordusu hücuma məruz qalıb, şəhid və yaralılar var

Suriyanın İdlib əyalətində Türkiyənin müşahidə məntəqəsinə hücum nəticəsində bir hərbçi şəhid olub, 6 nəfər yaralanıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. Suriyanın İdlib əyalətində Türkiyə ordusunun müşahidə məntəqəsinə hücum nəticəsində bir hərbçi şəhid olub. Sputnik Azərbaycan "Haberler"-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, terrorçuların hücumu nəticəsində Türkiyə ordusunun daha 5 hərbçisi və bir mülki şəxs yaralanıb.