CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid anası oğluna qovuşdu

Məşum 20 yanvar gecəsi şəhid olmuş İlham-Fərizə cütlüyünün ailəsinə ağır itki üz verib
Sputnik

BAKI, 6 fevral — Sputnik. Məşum 20 yanvar gecəsi şəhid olmuş İlham-Fərizə cütlüyünün ailəsinə ağır itki üz verib. İlham Allahverdiyevin anası dünyasını dəyişib.

Sputnik AzərbaycanQazilər saytına istinadla xəbər verir ki, bu barədə İlham Allahverdiyevin ailəsindən məlumat verilib.

İlham və Fərizə Allahverdiyevlər 1990-cı ilin 20 yanvarında şəhid olmuş azərbaycanlı ailə cütlüyüdür. Əvvəlcə, sovet qoşunlarının dinc insanları gülləbaran etməsi nəticəsində İlham dünyasını dəyişib. Onun ölümünə dözə bilməyən gənc həyat yoldaşı, intihar edib. Onların hər ikisi 1990-cı ilin 22 yanvarında Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. Xiyabanın girişindəki ilk qoşa məzar onlara məxsusdur.

2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.