VİDEO

Bircə dəfə bu otağa girsəniz, bütün təsəvvürləriniz dəyişəcək

Otağa daxil olanda sanki xatirələr aləminə düşürsən: Hər saat bir xatirə, bir aləmdir
Sputnik

Ramiz Əliyevin 63 yaşı var. İxtisasca energetikdir, Bakının Maştağa qəsəbəsində yaşayır. Elə kolleksiyasının olduğu məkan da o kənddədir. R.Əliyevin dediyinə görə, saatları yerləşdirdiyi otaq dostu Mirseyfəl Məlikovun dəstəyi ilə tikilib. Dostunun sözlərinə görə, Ramiz Əliyev gənc yaşlarından bu sahəyə meylli olub. Hələ pultlu televizorların olmadığı vaxtda, o, televizoru uzaqdan idarə etmək üçün distansiyon idarəedici yaradıbmış.

Kolleksiyaçının sözlərinə görə, saatların çoxunu alıb, yenidən təmir edərək normal vəziyyətə gətirib: "Əlbəttə, mənə kim pulsuz verər ki? Pulla almışam. Amma indiki dəyərində deyil, ucuz almışam. Burada elə saat var ki, kifayət qədər qiymətlidir. Ancaq mən ona yarısının yarısı qədər pul verib almışdım".