CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədliyyə nazirinin müavini: "Qanunvericiliyə uyğun olmayan aktlar ləğv edilib"

Ötən il bələdiyyələrlə bağlı məhkəmələrə müraciətlərin sayı 7 dəfə azalıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. 2017-ci ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən Regional məsələlər komitəsinin iclasında çıxışı zamanı deyib. O bildirib ki, 2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət edilib. Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır.