HADİSƏ

Bakıda yanğın başlayıb, ətrafı duman bürüyüb

Yanğını söndürməyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub
Sputnik

BAKI, 6 fevral — Sputnik. Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda başlayan yanğın davam edir.

Yanğını söndürməyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. Ərazi sakinlərinin verdiyi məlumata görə, yanğın zavod binasından kənarda, tullantılar olan ərazidədir.