İQTİSADİYYAT

Dünyanı təlatümlərə sürükləyən bankir işə başladı

Cerom Pauell ABŞ Mərkəzi Bankının sədri vəzifəsinin icrasına başlayıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. Cerom Pauell (Jerome Powell) ABŞ Mərkəzi Bankının (FED) sədri vəzifəsinin icrasına başlayıb.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Pauell FED sədri vəzifəsinə ABŞ səhmlərinin ən azı iki ilin ən kəskin ucuzlaşdığı bir şəraitdə başlayıb.

Cerom Pauell-in inflyasiya təzyiqlərini nəzarət altına almaq üçün daha aqressiv ola biləcəyi barədə narahatlıqlar da mövcuddur.

Ötən həftə bəyanatlar verən FED rəsmiləri bu il üç dəfə faiz artırılacağını təkrarlayıblar. Bazarlar da bu il FED-in üç dəfə faiz artıracağını gözləyir.