Eyyub Hüseynov: “Yalançı endirimlərlə istehlakçıları aldadırlar”
Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Ancaq endirimlər zamanı məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, aldadıcı endirim kampaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir:
“İstehlakçılardan bizə verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır. Nazirlər Kabinetinin qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. İstehsalçılar fürsətdən istifadə edib istehlakçıları “soyurlar””.