CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həssaslıqla gözlənilən xəbər həftəsonu açıqlanacaq

"Hazırda ərazi dövlət qurumlarının nəzarəti altındadır"
Sputnik

BAKI, 5 fevral — Sputnik. "Bir həftədən çxodur ki, Bayıl sürüşmə zonasında vəziyyət stabildir. Aktivlik qeydə alınmayıb".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, ərazidən götürülən nümunələrin laborator analizlərinin nəticələri bu həftənin sonu məlum olacaq.

"Nəticələrin müəyyən edilməsi tez bir zamanda başa gələn proses olmadığı üçün bir qədər gözləməli olacağıq", — deyə Qaralov bildirib.

Onun sözlərinə görə, hazırda ərazi digər dövlət qurumlarının da nəzarəti altındadır: "Əlavə dəyişikliklər müəyyən edildiyi zaman məlumat veriləcək".